Xüsusi qayğıya ehtiyacı olan ailəyə baş çəkilmişdir

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2022-ci il 16 mart tarixdə Culfa rayonunun Yaycı kəndində yaşayan çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan Mustafayevlər ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, müvafiq ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün vaxtaşırı görüşlər təşkil edilir, məşğulluq problemləri həll olunur, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sonra xüsusi qayğıya ehtiyacı olan ailənin ehtiyaclarına uyğun köməklik göstərilib.
Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

761585
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
862
898
9533
761585

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg