Novruz bayramı münasibətilə Ahıllar Evi sakinləri ilə görüş keçirilib

Novruz bayramı münasibətilə Şahbuz şəhərində yerləşən Ahıllar evində bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Ahıllar Evində sakinlərə yaradılan şəraitdən danışıb, əlamətdar günlərdə onlarla keçirilən görüşlərin artıq ənənə halını aldığını qeyd edib.Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev isə çıxışında bildirib ki, hazırda Ahıllar Evi ilə yanaşı, tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıllara evlərində də sosial xidmətlər göstərilir. Onlar vaxtaşırı həkim müayinəsindən keçirilir, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyari xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir. N.Babayev muxtar respublikanın ahıl sakinlərinə göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında qeyd edib ki, muxtar respublikamızda ahıl qadınlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur və bu qayğı ildən-ilə artmaqdadır. Vurğulanıb ki, muxtar respublikamızda ahıl qadınlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir.
Qeyd edək ki, sosial könüllülərin də iştirak etdiyi tədbirin bədii hissəsində Şahbuz rayon Mədəniyyət şöbəsinin “Batabat” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış edib, sakinlərə bayram hədiyyələri təqdim olunub. Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

766428
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
106
586
692
14376
766428

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg