Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömə

Proqrama uyğun olaraq “Kapital Bank” ASC tərəfindən 15.03.2022-ci il tarixində Şərur rayonunun Çomaxtur kənd sakini Aygül Mədətliyə kiçik dərzi sexi, 16.03.2022-ci il tarixində Naxçıvan şəhər sakini Səhnə Vəliyevaya qadın gözəllik salonu, “Naxçıvanbank” ASC tərəfindən isə 17.03.2022-ci il tarixində Şərur rayonunun Xanlıqlar kənd sakini Rəfail Məmmədova yerşumlayan aqreqat, Şərur rayonunun Kürkənd sakini Musa Abbasova isə maldarlıq üçün alınmış aktivlər təqdim edilmişdir.
Memoranduma əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən sağlamlıq imkanları məhdud olan şəxslər, aztəminatlı ailələr, sosial qayğıya ehtiyacı olan şəhid və qazi ailələri barədə məlumatlar əsasında muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlərin verilməsi nəzərdə tutulmuşdur. Proqram muxtar respublika üzrə, ümumilikdə, 50 sosial qayğıya ehtiyacı ailəni əhatə edəcəkdir.
Qeyd edək ki, bugünədək muxtar respublikada 9 ailə memorandum çərçivəsində özünüməşğulluğa cəlb edilmişdir.

766524
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
202
586
788
14472
766524

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg