Növbəti əmək yarmarkası Culfa rayonunda təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası aprel ayının 7-də Culfa rayonunda keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradılır, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkili, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqların təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilib ki, mütəmadi təşkil edilən əmək yarmarkaları da əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara ümumilikdə 26 müəssisədən 114 boş iş yeri təqdim edilib. Nəticədə, 22 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 12 nəfərin özünüməşğulluq proqramına, 9 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, növbəti əmək yarmarkası aprel ayının 8-də Ordubad rayonunda təşkil ediləcəkdir.

765237
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
14
694
4550
13185
765237

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg