Növbəti əmək yarmarkası Ordubad rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası aprel ayının 8-də Ordubad rayonunda təşkil olunub. Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 20 müəssisədən 160 boş iş yeri təqdim edilib. Nəticədə, 24 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 7 nəfərin özünüməşğulluq proqramına, 2 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Qeyd edək ki, sözügedən tədbirə, işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni təxris olunmuş gənclər də dəvət olunub.
Növbəti əmək yarmarkası aprel ayının 12-də Şərur rayonunda təşkil ediləcəkdir.

765260
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
37
694
4573
13208
765260

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg