“Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə müvafiq kateqoriyadan olan şəxslərlə görüşlər keçirilib

Daun sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün

aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu istiqamətdə bir sıra tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, “Daun” adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkimin – Con Lenqdon Daunun şərəfinə adlandırılıb. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsi hal hesab olunur. Daun sindromu genetik bir təsadüfdür, anomaliyadır və bu cür uşaq hər bir ailədə doğula bilər. Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.
“Ümumdünya Daun Sindromlu İnsanlar Günü” muxtar respublikamızda da qeyd olunub. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan daun sindromlu şəxslər evlərində ziyarət olunub, sosial könüllülərin iştirakı ilə onlara sovqatlar təqdim olunub. Nazirlik əməkdaşları və sosial könüllülər, müvafiq kateqoriyadan olan şəxslərlə birgə vaxt keçirib, qayğıları ilə maraqlanıb, qarşıdan gələn Novruz bayramı münasibətilə onları təbrik ediblər.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd sözügedən şəxslərin cəmiyyətə daha fəal inteqrasiyası, onlarda yarana biləcək diskriminasiya (ayrıseçkilik) hallarının qarşısının alınmasından ibarətdir.

746135
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
244
1769
6525
24909
746135

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg