Şərur rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası aprel ayının 12-də Şərur rayonunda keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, əmək yarmarkaları işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlərdən hesab olunur. Əmək yarmarkalarında müəssisələrdə olan vakant yerlər işsiz və işaxtaran vətəndaşlara təklif olunur, müvafiq hallarda iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar. Qeyd olunub ki, bu tədbirlərdə vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.
İşaxtaranlarla yanaşı hərbi xidmətdən yeni təxris olunmuş gənclərin də iştirak etdiyi yarmarkaya ümumilikdə 60 müəssisədən 256 boş iş yeri təqdim edilib. Nəticədə, 38 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 23 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, növbəti əmək yarmarkası aprel ayının 13-də Babək rayonunda keçiriləcəkdir.

765192
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
663
1084
4505
13140
765192

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg