Babək rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili davam etdirilir. Növbəti əmək yarmarkası Babək rayonunda təşkil olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradılıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət Proqramının icrası ilə əlaqədar ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, əldə edilən nəticələr əsasında aktiv məşğulluq tədbirlərinin icrası diqqətdə saxlanılıb. Qeyd olunub ki, hər rüb təşkil edilən əmək yarmarkaları da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara ümumilikdə 51 müəssisədən 232 boş iş yeri təqdim edilib. Nəticədə, 32 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 13 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Əlavə edək ki, növbəti əmək yarmarkası aprel ayının 14-də Naxçıvan şəhərində təşkil ediləcəkdir.
 

765165
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
636
1084
4478
13113
765165

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg