Sağlamlıq imkanları məhdud uşaqlar arasında “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinin ilkin mərhələsinin ilk tədbiri keçirilib

Bu gün muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin fərdi inkişafı, onların təhsil və məşğulluq imkanlarının artırılması sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Ötən dövr ərzində bu məqsədlə dövlət proqramları qəbul olunub və uğurla icra edilib.
Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində, Aprel ayının 19-dan başlayaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin, həmçinin Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə “İstedadlar Səhnəsi” adlı yaradıcılıq müsabiqəsinin ilkin mərhələsinə start verilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Əjdərəli Qafarov bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlbi onların cəmiyyətə daha fəal inteqrasiyası ilə yanaşı, həm də sərbəst yaşayış imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Müvafiq kateqoriyadan olan şəxslərin yaradıcılıq işlərinin dəstəklənməsi hələ uşaq yaşlarından diqqət mərkəzində saxlanılır. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci ilin 15 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir. Qeyd olunub ki, hazırda, Dövlət Proqramının icrası ilə bağlı bir sıra işlər görülür, müvafiq kateqoriyadan olan uşaqların təhsili, tibbi və sosial reabilitasiyası istiqamətində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda, onların yaradıcılıq əzminin stimullaşdırılması məqsədilə zəruri işlər görülür.
İlkin mərhələnin ilk tədbiri Ordubad rayonunda, yerli və Culfa rayonundan olan istedadlı sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə baş tutub. İlkin mərhələdə iştirakçılar, müxtəlif yaradıcılıq növləri üzrə hazırladıqları nümunələri münsiflərə təqdim ediblər. Münsiflər tərəfindən isə, ən yaxşı yaradıcılıq işlərinin müəllifləri müəyyən edilərək, əsas mərhələdə çıxış etmək hüququ əldə ediblər.
Qeyd edək ki, seçim mərhələsinin növbəti tədbiri Aprel ayının 22-də Naxçıvan şəhərində təşkil olunacaqdır. Yekun mərhələnin isə May ayında keçirilməsi nəzərdə tutulub.

753750
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
164
848
5817
1698
753750

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg