5 aprel Sahibkarlar Günü münasibətilə Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumları, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 sahibkar iştirak edib

Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək muxtar respublikada innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində 43 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin istehsalı, salfet, spirtli içki istehsalı, yun iplik istehsalı, əl arabası və kiçik kənd təsərrüfatı alətləri istehsalı sahələrinin yaradılması istiqamətində işlər davam etdirilib. 2022-ci ilin Naxçıvanda “Sənaye ili” elan olunması, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, Şərur Sənaye Məhəlləsinin yaradılması muxtar respublikada iqtisadiyyatın inkişafına və şaxələndirilməsinə əlavə imkanlar yaradır. İlk mərhələdə bitki yağı, kağız-paket və karton tara, ayaqqabı, mebel məmulatları istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 3 milyon 939 min manat dəyərində 4 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 50 yeni iş yeri yaradılması nəzərdə tutulub.
Vurğulanıb ki, bu gün muxtar respublika sahibkarlıq subyektləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığın İnkişafı Fondu tərəfindən İndiyədək 1692 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 181 milyon 740 min manatdan çox kredit ayrılıb, 300-ə yaxın ailə təsərrüfatına 3 milyon 474 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ildə Şərur Sənaye Məhəlləsində yerli xammal hesabına qarğıdalı və günəbaxan yağı da istehsal ediləcəkdir. Bunun üçün xammal ehtiyatının yaradılması da qarşıda duran əsas məsələlərdəndir. Bu məqsədlə ailə və fermer təsərrüfatları tərəfindən yağlılığı yüksək olan qarğıdalı və günəbaxan sortları əkininin aparılmasına üstünlük verilməlidir. Çünki istehsal olunacaq qarğıdalı və günəbaxan məhsulları müəssisə tərəfindən dəyəri nağd ödənilməklə satın alınacaqdır.
Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan nazir Tapdiq Əliyev muxtar respublikanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsində ixrac təşviqi mexanizmləri xüsusi əhəmiyyət kəsb etdiyini və indiyədək 20 layihə üzrə 96 milyon 434 min 119 manat məbləğində investisiya təşviqi sənədi, 56 ixrac əməliyyatı üzrə isə 119 min 366 manat ixrac təşviqinin ödənildiyini, 404 biznes-forum, sərgi və konfransda dövlət dəstəyi ilə 2000-dən artıq sahibkarın iştirakının təmin edildiyini diqqətə çatdırıb.
İqtisadiyyat naziri sahibkarlara göstərdiyi böyük diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirib, iş adamlarını “Sahibkarlar Günü” münasibətilə təbrik edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Vüsal Süleymanlı sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə “Ləzzət Qida Sənaye” ММC-nin direktoruTeymur Rzayevvə Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin İdarə Heyətinin sədriMübariz Şirəliyev çıxış edərək dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğını yüksək qiymətləndiriblər. Cəmşid Həsənov yaradılan şəraitə görə sahibkarlar adından minnətdarlıq edib. “Ləzzət Qida Sənaye” ММC-yə “İlin ixracatçısı”, sahibkar Ceyhun Abdullayevə “İlin ən yenilikçi sahibkarı” nominasiyaları üzrə mükafatlar təqdim edilib.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılmış, sahibkarların problemləri dinlənilmiş, qarşıya çıxan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və təkliflərin verilməsi, həmçinin məşğulluğun təmin edilməsi, əhalinin rifah halının yüksəldilməsi məqsədilə sahibkarlıq subyektlərinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sosial qayğıya ehtiyacı olan ailələrə aktivlərin verilməsində yaxından iştirak etmək və işə qəbul zamanı qazi və şəhid ailələrinə üstünlük verilməsi, bu qruplar üzrə kvotaların müəyyənləşdirilərək aidiyyəti quruma təqdim olunması tövsiyyə olunmuşdur.
Sonda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub, nazir Tapdıq Əliyev və sahibkarlar Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.

756106
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
308
574
8173
4054
756106

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg