Naxçıvan Müəllimlər İnsitutunda istedadlı sağlamlıq imkanları məhdud şəxslərlə tələbələrin görüşü təşkil olunub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ali təhsil müəssisəsində təhsil alan gənclərlə sosial maarifləndirmə işlərinin təşkili də diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə növbəti tədbir, istedadlı sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə aprel ayının 25-də Naxçıvan Müəllimlər İnsitutuunda baş tutub. İstedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud şəxslər – Nail Hacıyev və Xanım Qurbanovanın, insitutda təhsil alan 130 nəfərədək gənclə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan, Naxçıvan Müəllimlər İnsitutunun dekanı Rövşən Vəliyev muxtar respublikada ali təhsil müəssisələrinin fəaliyyəti üçün yaradılan şəraitdən söz açıb, tələbələrin iştirakı ilə keçirilən sosial tədbirlərin əhəmiyyətini qeyd edib. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə isə sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq əzminin stimullaşdırılması istiqamətində Nazirlik tərəfindən görülən işlərdən danışıb, tədbirin məzmununa dair iştirakçılara məlumat verib.
Tədbirin davamında, Nail Hacıyev və Xanım Qurbanova görüş müddətində, əlilliyi olan şəxslərin cəmiyyətdəki rolu və istedadlarının üzə çıxarılmasına dair çıxışlar edib, uğur hekayələrinə dair təcrübələrini gənclərlə bölüşüblər. Motivasiya əhəmiyyətli təlim zamanı slaydlardan istifadə olunub, tələbələrin fərdi inkişaf və sosial münasibətlər mövzusunda sualları cavablandırılıb.

755219
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
713
920
7286
3167
755219

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg