Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada zəruri tədbirlərin icrası davam etdirilir. Məşğulluq tədbirləri sırasında özünüməşğulluq proqramının icrasına xüsusi önəm verilir, bu sahədə yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə, cari ildən sözügedən proqramının əhatə dairəsi daha da genişləndirilib, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan Memorandum çərçivəsində sosial qayğıya ehtiyacı olan 15 ailə müvafiq aktivlərlə təmin olunub. Bu mərhələdə, 1 nəfərə avtoçilingər, 2 nəfərə avtomobil şinlərinin təmiri, 2 nəfərə kiçik dülgər sexi, 1 nəfərə telefon təmiri, 1 nəfərə kiçik foto-atelye zərfi üzrə avadanlıqlar, 1 nəfərə bərbər-manikürçü, 3 nəfərə dərzi avadanlıqları və ləvazimatları, 1 nəfərə mini yerşumlayan aqreqat və qoşqu, 3 nəfərə isə heyvandarlıq sahəsi üzrə canlı aktivlər verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 6 nəfərini əlilliyi olan şəxslər, 1 nəfərini müharibə veteranı, 3 nəfərini şəhid ailəsi üzvü, 1 nəfərini cəzaçəkmədən azad olunan, 1 nəfərini ailə başçısını itirən, 1 nəfərini isə nikahı pozulanlar təşkil edib.
Aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev isə çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memerenduma əsasən, muxtar respublikanın bank sektoru da sosial layihələrin reallaşdırılmasında iştirak etmək imkanı əldə edib. E.Əliyev çıxışının davamında, bu sahədə görülmüş işlərdən və qarşıya qoyulan vəzifələrdən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sektor müdiri Səbuhi Salahov isə ötən dövr ərzində proqramın icrası çərçivəsində əldə olunan nəticələrdən danışıb.
Daha sonra, yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.
Əlavə edək ki, bu kimi tədbirlərin davamlılığını təmin etmək məqsədilə digər özəl kommersiya təşkilatları ilə də birgə layihələrin icrası gözlənilir. İlkin mərhələdə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunun birgə layihəsi əsasında 10 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub.

755187
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
681
920
7254
3135
755187

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg