Sosial könüllülər tənha ahılların evlərində olub, profilatik təmizlik işlərinin aparılmasında iştirak ediblər

Muxtar respublikada ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artmaqdadır. Onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin, ahılların sağlamlıqlarının qorunması da daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq, mart

ayının 20-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində, Şərur və Kəngərli rayonlarında sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Könüllülər ahıllara göstərilən xidmətlərlə tanış olub, onları Novruz bayramı münasibətilə təbrik ediblər. Eyni zamanda könüllülər zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, evlərdə təmizlik işləri aparıb, gətirdikləri tibbi profilatik məmulatları ahıllara təqdim ediblər. Əlavə edək ki, Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin ahıllara qulluq edən müvafiq xidmət işçiləri də zəruri tibbi vəsaitlərlə təmin olunublar və bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, bu tədbirlərin davamı olaraq, sosial könüllülərin növbəti günlərdə muxtar respublikanın digər şəhər və rayonlarında yaşayan tənha ahılları da ziyarətləri nəzərdə tutulub.

709047
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
90
1996
2086
15166
709047

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg