Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının İslam Şurası Məclisi sədrinin birinci müavini, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları Naxçıvan Muxtar Respublikasında görməkdən və Əli Nikzadın İran- Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri seçilməsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq qruplarının, iqtisadi şuraların fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri həmsədri olduğu Azərbaycan-İran Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun fəaliyyəti və tərkibi barədə məlumat verib.
Qrup üzvlərinin iki ölkə arasındakı münasibətlərin inkişafına dəstək verdiklərini qeyd edən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrə də diqqəti çəkib, muxtar respublikanın ali təhsil müəssisələrində 334 İran vətəndaşının təhsil aldığını, Naxçıvan Dövlət Universitetində Fars Dili Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Ali Məclisin Sədri qarşılıqlı iqtisadi əməkdaşlığa da toxunub, “Azərbaycan Respublikası və İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının Anlaşma Memorandumu”na əsasən gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə və yükdaşımanın həcminin daha da artacağına əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlıq edən və Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu bildirən İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Nikzad rəhbərlik etdiyi nümayəndə heyətini təqdim edib və səfərin əhəmiyyətindən danışıb. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdıran Əli Nikzad Vətən müharibəsi zamanı İslam Şura Məclisində azərbaycandilli nümayəndələrin bəyanat hazırladığını və Azərbaycanın dəstəkləndiyini bildirib, ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib.
Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Sonda xatirə şəkli çəkdirilib.

747933
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
520
874
8323
26707
747933

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg