Sosial xidmət göstərilən ahıl sakinlər üçün təbiət gəzintisi təşkil olunub

Muxtar respublikamızın ahıl sakinlərinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır, onların sağlamlıqlarının qorunması, məişət məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ahıllar Evi”nin sakinləri və sosial xidmətə cəlb edilmiş tənha ahıllar mütəmadi olaraq, tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bununla yanaşı, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, sosial könüllülərin iştirakı ilə onların yaşayış yerlərində iməciliklərin keçirilməsi davam etdirilir.
May ayının 26-da, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə bir qrup sosial xidmət göstərilən ahıl sakin üçün Şahbuz rayonu ərazisində təbiət gəzintisi təşkil edilib, burada onlara çay süfrəsi açılıb. Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifasında saz havalarından ibarət musiqi proqramı da ahıl sakinlərdə xoş ovqat yaradıb.
Qeyd edək ki, həmin gün ahıl sakinlər Şahbuz şəhərində yerləşən “Ahıllar Evi”ndə yaradılan şərait və göstərilən xidmətlərlə də tanış olublar. Görüş nahar süfrəsi ətrafında davam etdirilib.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.

748376
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
443
520
8766
27150
748376

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg