“1 iyun- Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə tədbir keçirilib

“1 iyun- Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Təhsil, Səhiyyə nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, təhsil naziri Rəhman Məmmədov, səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışmış, uşaqları əlamətdar gün münasibətilə təbrik etmişlər. Bildirmişlər ki, muxtar respublikada bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir.
Sonra Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasıyeva uşaqlara göstərilən qayğıya görə Mərkəzin kollektivi və valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.
Tədbirdə Mərkəzin uşaqları ilə bərabər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da iştirak etmişdir.
Sonra uşaqlara hədiyyələr təqdim olunmuşdur.
Tədbirin bədii hissəsində uşaqlara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilmişdir.

753001
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
263
686
5068
949
753001

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg