Babək rayonunun Nehrəm qəsəbəsi, Kərimbəyli və Nəzərabad kəndlərində yaşayan şəxslərə kiçik bizneslərinin qurulmasına və inkişafına təkan verəcək aktivlər təqdim edilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan həssas əhali quruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində 20.05.2022-ci il, 25.05.2022-ci il və 31.05.2022-ci il tarixlərində "Rabitəbank” ASC, Kapital Bank ASC və Naxçıvanbank ASC tərəfindən müvafiq olaraq, Babək rayonunun Nehrəm qəsəbəsi, Kərimbəyli və Nəzərabad kəndlərində yaşayan şəxslərə kiçik bizneslərinin qurulmasına və inkişafına təkan verəcək aktivlər təqdim edilmişdir:
- Quliyeva İmmi Rəşid qızı - kiçik dərzi sexi üçün zəruri avadanlıqlar
- Əliyeva Dilarə Mamed qızı - kiçik dərzi sexi üçün zəruri avadanlıqlar
- Rüstəmova Səbinə Ağəli qızı - kiçik dərzi sexi üçün zəruri avadanlıqlar
- Əsgərova Günel Əsgər qızı - kiçik dərzi sexi üçün zəruri avadanlıqlar
Qeyd edək ki, bugünədək muxtar respublikada memerondum çərçivəsində özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 21-ə çatmışdır. İndiyədək verilən aktivlər kənd təsərrüfatı sahələrindən maldarlıq, istehsal-xidmət sahələrindən isə avtoçilingər xidməti, avtomobil şinlərinin təmiri, kiçik dülgər sexi, kiçik foto atelye, qadın gözəllik salonu, telefon təmiri avadanlıqları, yerşumlayan aqreqat və kiçik dərzi sexi sahələrinə təqdim olunmuşdur.
Memorandum çərçivəsində ümumilikdə, 50 müvafiq kateqoriyadan olan şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur və bu istiqamətdə işlər davam etdirilir.

745936
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
45
1769
6326
24710
745936

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg