Əmək münasibətlərinin elektronlaşdırılması sahəsində maarifləndirici tədbirlər davam etdirilir

Muxtar respublikamızda əmək münasibətlərinin ekektronlaşdırılması istiqamətində müvafiq tədbirlərin icrası uğurla davam etdirilir. Nəticədə, əmək münasibətlərinin şəffaflığına, həmçinin qeyri-formal məşğulluğun qarşısının alınmasına operativ nəzarət təmin edilir.
Muxtar respublikada tətbiqinə 2018-ci ildən etibarən başlanılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemindən işəgötürənlər hazırda geniş şəkildə istifadə edir. Sistemin tətbiqi ilə bağlı mütəmadi olaraq, dövlət və qeyri-dövlət müəssisələrinin məsul nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir, həmçinin onlara metodiki köməkliklər göstərilir. Paralel olaraq, əmək münasibətlərinin elektron rəsmiləşdirilməsi zamanı yaranmış suallar “255” qaynar xətti vasitəsilə operativ cavablandırılır.
Görülən bu işlərlə yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sistemin yenilənməsi və təkmilləşdirilməsi istiqamətində işlər də davam etdirilir. Artıq cari ayın 1-dən etibarən, sözügedən elektron informasiya sisteminin bazasında “Əmək münasibətləri və məşğulluq” AltSistemi (ƏMAS) fəaliyyətə başlayıb.
Yeni sistemin istifadəsinə dair maarifləndirmə işinin təşkili məqsədilə, növbəti tədbir Naxçıvan şəhərində baş tutub. Nazirlik əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən işəgötürən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda, elektron sistemin (emas.sosial.gov.az) istifadəsi üzrə yeni şərtlər barədə iştirakçılara zəruri məlumatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və mövzuya dair suallar cavablandırılıb.
Qeyd edək ki, bu istiqamətdə maarifləndirici görüşlər muxtar respublikanın digər şəhər və rayonlarında da təşkil olunub.

762571
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
502
520
1884
10519
762571

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg