Kəngərli rayonunda əmək yarmarkası keçirilib

Muxtar respublikada işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili diqqət mərkəzində saxlanılır. Əmək bazarına çıxışının dəstəklənməsi üçün yarmarkalarda vakant iş yerləri işaxtaran vətəndaşlara təklif olunur və onlara bu iş yerlərinə göndərişlər verilir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə bu tədbirlər çərçivəsində peşə hazırlığına cəlb olunurlar. Əmək yarmarkalarında həmçinin, vətəndaşların ödənişli ictimai iş yerlərinə, özünüməşğulluq proqramına cəlb olunması üçün da qeydiyyatı aparılır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayında ilk əmək yarmarkası Kəngərli rayonunda təşkil olunub. Tədbirdə çıxış edənlər bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət Proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektlərində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib.
Qeyd edək ki, hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara ümumilikdə 16 müəssisədən 102 boş iş yeri təqdim edilib. Nəticədə, 27 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 5 nəfərin özünüməşğulluq proqramına, 4 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

766111
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
375
513
5424
14059
766111

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg