Növbəti əmək yarmarkası Ordubad rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası iyul ayının 8-də Ordubad rayonunda təşkil olunub. Tədbirdə çıxış edənlər bildiriblər ki, aktiv məşğulluq tədbirləri çərçivəsində əmək yarmarkaları, işaxtaran vətəndaşların münasib işlə təmin olunmasında, eyni zamanda işəgötürənlərin qısa vaxt ərzində işçi qüvvəsinə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bildirilib ki, bu tədbirlərdə vətəndaşların ödənişli ictimai iş yerlərinə, özünüməşğulluq proqramına və müvafiq peşə kurslarına cəlb olunması üçün də qeydiyyatı aparılır ki, bu da əmək yarmarkalarının səmərəliliyinin artırılmasına xidmət edir.
Bu əmək yarmarkasında işaxtaranlara ümumilikdə 24 müəssisədən 165 boş iş yeri təqdim edilib. Nəticədə, 29 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin özünüməşğulluq proqramına, 1 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Qeyd edək ki, sözügedən tədbirdə işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni təxris olunmuş gənclər də iştirak edib.
Növbəti əmək yarmarkasının iyul ayının 13-də Culfa rayonunda təşkil edilməsi nəzərdə tutulub.

766039
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
303
513
5352
13987
766039

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg