Culfa rayonunda əmək yarmarkası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası iyul ayının 13-də Culfa rayonunda keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradılır, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkili, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqların təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilib ki, mütəmadi təşkil edilən əmək yarmarkaları da əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara ümumilikdə 24 müəssisədən 109 boş iş yeri təqdim edilib. Nəticədə, 26 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11 nəfərin özünüməşğulluq proqramına, 10 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası iyul ayının 14-də Şərur rayonunda təşkil ediləcəkdir.

764962
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
433
1084
4275
12910
764962

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg