Şərur rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası iyul ayının 14-də Şərur rayonunda keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, əmək yarmarkaları işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlərdən hesab olunur. Əmək yarmarkalarında müəssisələrdə olan vakant yerlər işsiz və işaxtaran vətəndaşlara təklif olunur, müvafiq hallarda iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar. Qeyd olunub ki, bu tədbirlərdə vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün də qeydiyyatı aparılır.
İşaxtaranlarla yanaşı hərbi xidmətdən yeni təxris olunmuş gənclərin də iştirak etdiyi yarmarkaya ümumilikdə 50 müəssisədən 226 boş iş yeri təqdim edilib. Nəticədə, 37 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 21 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası iyul ayının 15-də Babək rayonunda keçiriləcəkdir.

764847
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
318
1084
4160
12795
764847

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg