Sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlərin göstərilməsi davam etdirilir

Muxtar respublikamızda əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilir, onların müraciətlərinin həllinə diqqət və qayğı ilə yanaşılır. O cümlədən, müvafiq kateqoriyalı şəxslərə göstərilən reabilitasiya xidmətlərinin həcmi və keyfiyyəti ilbəil artırılır, dayaq hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatına xüsusi önəm verilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara müvafiq xidmətlər göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar.
Bununla yanaşı, Mərkəzin həkim heyətinin iştirakı ilə səyyari xidmətlərin göstərilməsi də davam etdirilir.
Bu məqsədlə iyul ayının birinci yarısında, muxtar respublikanın bölgələrinə növbəti səfərlər təşkil olunub. Səyyar xidmətlər zamanı, əvvəlcədən qəbul edilmiş sifarişlər əsasında protez və ortezlər təqdim olunub, zəruri hallarda istifadə olunan protezlər təmir edilib. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər mexaniki təkərli oturacaq, eşitmə aparatı və digər zəruri reabilitasiya vasitələri ilə də təmin olunublar.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

755545
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
321
718
7612
3493
755545

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg