Ölkəmizin digər regionlarından olan sosial qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya səfəri davam edir

Məlum olduğu kimi, ölkəmizin digər regionlarından olan bir qrup sağlamlıq imkanları məhdud şəxsin və şəhid ailəsi üzvlərinin bu günlərdə muxtar respublikaya səfəri təşkil olunub. Ötən müddət ərzində qonaqlar yaradılan şəraitdən bəhrələnməklə, müxtəlif reabilitasiya müəssisələrində olub, müvafiq müalicə proseslərindən keçiblər. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səfər müddətində qonaqların asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılıb, onların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına ekskursiyaları təşkil olunub.
İyulun 16-da isə ölkəmizin digər bölgələrindən gələn müvafiq kateqoriyadan olan şəxslər üçün “Duzdağ” Fizioterapiya Mərkəzində “İnam” musiqi qrupunun konsert proqramı təşkil olunub. Sağlamlıq imkanları məhdud musiqiçilərin ifası qonaqlarda xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən olan xüsusi qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya səfərlərinin il ərzində davam etdirilməsi nəzərdə tutulub.

754558
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
52
920
6625
2506
754558

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg