Naxçıvan şəhərində əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası iyul ayının 18-də Naxçıvan şəhərində keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir.
Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara ümumilikdə 70 müəssisədən 260 boş iş yeri təqdim edilib. Nəticədə, 30 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 4 nəfərin özünüməşğulluq proqramına, 8 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, növbəti əmək yarmarkası sabah Şahbuz rayonunda təşkil ediləcəkdir.

754850
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
344
920
6917
2798
754850

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg