Şahbuz rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində, növbəti əmək yarmarkası Şahbuz rayonunda keçirilib.
İşaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni təxris olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasına, rayon ərazisində fəaliyyət göstərən 24 müəssisədən 118 boş iş yeri təqdim edilib. Nəticədə, 17 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin, əmək yarmarkasında peşə hazırlığı kurslarına 4 nəfər qeydiyyata alınıb.
Əlavə edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayı ərzində keçirilən əmək yarmarkalarında, ümumilikdə işaxtaranlara 280 müəssisədən 1291 boş iş yeri təqdim edilib. Bu tədbirlərdə, 210 nəfər müvafiq vakansiyalar üzrə işə göndərilib, 72 nəfərin özünüməşğulluq proqramına, 37 nəfərin isə peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.

762643
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
50
524
1956
10591
762643

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg