Şəhid və qazi övladlarının, həmçinin xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə növbəti “Zəfər düşərgəsi” təşkil olunub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən şəhid və qazi övladları, həmçinin xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud uşaqlar üçün “Zəfər düşərgəsi” başa çatıb.
İki gün davam edən düşərgənin ilk günündə uşaqların Ağbulaq İstirahət Mərkəzi ilə tanışlığı təşkil edilib, çay süfrəsi ətrafında onlarla görüş keçirilib. Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov bildirib ki, müharibədən zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə, həyata keçirilən tədbirlər muxtar respublikamızda sistemli və ardıcıl xarakter daşıyır, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir. Nazir müavini əlavə edib ki, Vətən müharibəsindən sonra, bu tədbirlərin əhatə dairəsi daha da genişləndirilib, keçirilən tədbirlərdə şəhid və qazi ailələləri üzvlərinin iştirakı ənənəvi xarakter alıb. Nazir müavini əlavə edib ki, artıq ikinci dəfədir təşkil edilən “Zəfər Düşərgəsi” layihəsi də Vətən müharibəsində əldə edilmiş tarixi qələbəyə ithaf olunub. Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli isə çıxışında bu kimi tədbirlərin əhəmiyyətindan danışıb. X.İbrahimli qeyd edib ki, belə layihələr həm də gənclərə vətənpərvərlik ruhunun aşılanması və onların bu istiqamətdə formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Düşərgənin ilk gününün davamında, Naxçıvan şəhərindən dəvət edilmiş mütəxəssis tərəfindən uşaqlarla psixoloji seans aparılıb, günün ikinci yarısında isə onların vaxtının əyləncəli təşkili məqsədilə müxtəlif oyunlar təşkil olunub. Həmin gün düşərgədə “İstedadını göstər” adlı yaradıcılıq müsabiqəsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Zəfər düşərgəsi”nin ikinci günü isə səhər idmanı ilə başlayıb və daha sonra Nağıl terapiyası ilə davam etdirilib. Əyləncəli terapiya növlərindən biri olan bu reabilitasiya prosesində uşaqlar milli nağıllarımızın personajlarını öz düşüncələri əsasında təsvir edib, mövzu ətrafında fikirlərini ifadə ediblər.
Günün ikinci yarısında isə düşərgə iştirakçıları Naxçıvan şəhərinə yola salınıb.

754838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
332
920
6905
2786
754838

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg