Son dövrlərdə muxtar respublikamızda yeni istehsal və sənaye sahələrinin yaradılması nəticəsində müxtəlif peşələr üzrə ixtisaslı mütəxəssislərə ehtiyac artır

İqtisadiyyatın davamlı inkişafı peşəkar işçi qüvvəsinin formalaşmasını və əmək bazarına uyğun kadr hazırlığının həyata keçirilməsini zəruri edir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə yeni imkanlar yaratmaqdadır.
Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırığı və ixtisasartırma kurslarının təşkili davam etdirilir. Əmək bazarının təhlilinin nəticələrinə əsasən, Nazirliyin Naxçıvan Regional Peşə Tədris Mərkəzində 12 nəfər müdavimin iştirakı ilə “Aşpaz” peşə hazırlığı kursunun tədrisinə başlanılıb. Kursun tədris müddəti iki aydır. Qeyd edək ki, kursu uğurla bitirən müdavimlərin sonda müvafiq sertifikatlarla təmin olunması nəzərdə tutulub.

757580
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1136
646
1782
5528
757580

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg