Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər verilib

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında sosial qayğıya ehtiyacı olan şəxslərin özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma uyğun olaraq, daha 2 nəfər aktivlərlə təmin edilib. Beləliklə, sözügedən memorandum çərçivəsində proqrama cəlb edilən şəxslərin sayı 27-ə çatdırılıb.
Yeni aktivlər maldarlıq sahəsi üzrə Ordubad rayon Sabirkənd sakini Nağıyev Mehbalı Əbülfəz oğluna və qoyunçuluq təsərrüfatı üzrə Üstüpü kəndi sakini Həsənov Elnur İsrafil oğluna təqdim edilib.
Qeyd edək ki, indiyədək verilən aktivlər kənd təsərrüfatı, istehsal-xidmət sahələrindən avtoçilingər xidməti, avtomobil şinlərinin təmiri, kiçik dülgər sexi, kiçik foto atelye, qadın gözəllik salonu, telefon təmiri avadanlıqları, yerşumlayan aqreqat və kiçik dərzi sexi sahələrini əhatə edib.
Ümumilikdə isə, bu memorandum çərçivəsində muxtar respublika ərazisində yaşayan 50 sosial qayğıya ehtiyacı olan şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulub.

754900
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
394
920
6967
2848
754900

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg