Ölkəmizin digər regionlarından olan sosial qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya növbəti səfəri təşkil olunub

Naxçıvan Muxtar Respublikasında xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, habelə müalicə və istirahətlərinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi nəticəsində göstərilən xidmətlərin keyfiyyəti ilbəil artırılır, əhatə dairəsi genişləndirilir.
Artıq bir müddətdir ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyadan olan şəxsləri də əhatə etməkdədir. Bu məqsədlə, onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur.
Bu tədbirlərin davamı kimi, ölkəmizin digər regionlarından olan bir qrup sağlamlıq imkanları məhdud şəxsin və şəhid ailəsi üzvlərinin bu günlərdə muxtar respublikaya səfəri təşkil olunub. Onlar burada yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Mərkəzində, Darıdağ arsenli su müalicəxanasında və “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və şərq memarlığı incilərindən biri olan “Möminə Xatun” türbəsinə, “Əcəmi” seyrangahında təşkil olunmuş açıq səma altında muzeyə ekskursiyası baş tutub, daha sonra onlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Ekskursiyanın davamında, “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksinə ziyarət təşkil olunub. Ziyarətin ardından “Sahil Parkı”nda qonaqlar üçün çay süfrəsi təşkil olunub.
Növbəti gün isə ölkəmizin digər bölgələrindən gələn müvafiq kateqoriyadan olan şəxslər üçün “Duzdağ” Fizioterapiya Mərkəzində “İnam” musiqi qrupunun konsert proqramı təşkil olunub. Sağlamlıq imkanları məhdud musiqiçilərin ifası qonaqlarda xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

754919
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
413
920
6986
2867
754919

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg