Muxtar respublika paralimpiyaçısı Milli Komandanın heyətində beynəlxalq yarışda iştirak edib

Reabilitasiyanın bir növü kimi sağlamlıq imkanları məhdud olan şəxslərin inkişafı baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən, muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına cəlbi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində ardıcıl tədbirlər icra olunur. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və maarifləndirici tədbirlər təşkil edilir. Bu işlərlə yanaşı, paralimpiyaçılarımızın ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır. Son dövrlərdə isə müntəzəm olaraq, Azərbaycan milli komandalarının heyətinə cəlb edilən Naxçıvan paralimpiyaçıları bu tendensiyanı cari ildə də uğurla davam etdirirlər.
Son olaraq, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının üzvü Fuad Qəribov, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının heyətində Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirində iştirak edib. Məlumat üçün bildirək ki, Azərbaycan Milli Komandası, komanda yarışlarında birinci yerə layiq görülüb və kubokla təltif olunub.
Qeyd edək ki, Naxçıvan paralimpiyaçıları muxtar respublikanın bütün şəhər və rayonlarında yerli bölmələri yaradılmış “Boccia” idman növü üzrə son dövrlərdə ardıcıl uğurlar əldə edib, Azərbaycan Çempionatı - “Zəfər Turniri”ndə yüksək nəticələr göstəriblər. Həmçinin, ötən ilin Noyabr ayında Naxçıvan paralimpiyaçısı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının tərkibində İspaniyanın Sevilya şəhərində keçirilən Avropa Açıq çempionatında iştirak edib ki, bu da muxtar respublikanın paralimpiya tarixində ilk belə hal olub.

760257
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
235
365
4459
8205
760257

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg