Sağlamlıq imkanları məhdud gənclər arasında rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən sağlamlıq imkanları məhdud gənclər arasında rəsm müsabiqəsi təşkil edilib. Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir Naxçıvanın əsas simvollarından sayılan, tarixi memarlıq incilərimizdən biri olan Mömünə Xatın türbəsinin ətrafında reallaşıb. İştirakçılar sərbəst mövzuda öz yaradıcı düşüncələrini tabloya köçürüblər. Sonda həmin rəsm nümunələrinin sərgisi təşkil olunub. Münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılaraq simvolik üçlük müəyyənləşdirilib.
"Görüş Yeri" kafesində keçirilən mükafatlandırma mərasimində müsabiqəni ilk üç yerdə tamamlayan iştirakçılara diplom, digərlərinə isə fəal iştiraka görə fəxri fərmanlar təqdim olunub. Bütün iştirakçılar hədiyyələrlə mükafatlandırılıblar.
Çıxış edənlər qarşıdan gələn Beynəlxalq Gənclər Günü münasibətilə gəncləri təbrik edib, müsabiqənin məqsəd və əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, bu kimi müsabiqələr sağlamlıq imkanları məhdud gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin təkmilləşdirilməsi yeni istedadların müəyyənləşdirilməsi, eləcə də tariximizin, mədəniyyətimizin təbliği baxımından əhəmiyyətlidir. Vurğulanıb ki, belə tədbirlər bundan sonra da davam etdiriləcək və budəfəki müsabiqəyə aid rəsm nümunələrinin ənənəvi sərgi-satış yarmarkalarına çıxarılması təmin olunacaq.
Mükafatlandırmadan sonra iştirakçılar çay süfrəsi ətrafında təəssüratlarını bölüşüblər.

759870
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
213
576
4072
7818
759870

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg