Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti mərhələdə 66 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Bu ailələrin üzvlərindən 36 nəfərin hər birinə 2 baş iribuynuzlu, 13 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 6 nəfərə mini yerşumlayan aqreqat, 5 nəfərin hər birinə 10 yeşik arı ailəsi və arıçı ləvazimatları, 4 nəfərə otbiçən aqreqat, 2 nəfərə isə su motoru verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 30 nəfərini sağlamlıq imkanları məhdud olan, 4 nəfərini müharibə veteranı, 10 nəfərini şəhid ailəsi, 5 nəfərini nikahı pozulan, 1 nəfərini çoxuşaqlı ailənin üzvü olan, 3 nəfərini isə ailə başçısını itirənlər təşkil edib.
Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir qeyd edib ki, bugünədək 5305 nəfər ailə üzvü olan 1142 ailənin özünüməşğulluğu təmin edilib və həmin ailələrə kənd təsərrüfatı, xidmət və istehsal sahələri üzrə aktivlər verilib. Kənd təsərrüfatı sahəsi üzrə Proqrama cəlb olunan 1094 ailədən 755-nə 2 baş iribuynuzlu, 196-na 20 baş xırdabuynuzlu, 21-nə 10 yeşik arı ailəsi, 2-nə 100 baş ev quşu və yem ehtiyatı, 84-nə mini yerşumlayan aqreqat, 11-nə inkubator və quş tükü təmizləyən aparat, 15-nə otbiçən aqreqat, 5 ailəyə odunkəsən və otbiçən aparat, 1-nə otdoğrayan aqreqat, 2-nə südsağan aqreqat, 2-nə isə su motoru verilib. Eyni zamanda dərzi avadanlıqları, döşəmə hamarlayan dəzgah, təmir tikinti alətləri verilməklə 32 ailənin xidmət sahələri üzrə özünüməşğulluğu təmin edilib. Bununla yanaşı, dülgər avadanlıqları, mürəbbə və şirələrin hazırlanması üçün ləvazimatlar, unlu və qənnadı məmulatların hazırlanması üçün ləvazimatlar və xalçaçı avadanlıqları verilməklə istehsal sahəsi üzrə 16 ailə Proqrama cəlb olunub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin dövlət məşğulluq agentliyinin direktoru Heydər Quliyev və Şərur rayon məşğulluq mərkəzinin direktoru Samir Qasımov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.
Tədbirin davamında yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiklərinə görə Şərur rayonun Qarxun kənd sakini Afərin Allahverdiyeva və Şahbuz rayonun Külüs kənd sakini Mehriban Quliyeva həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə onlara arpa-buğdaqıran aqreqat verilib.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

759726
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
69
576
3928
7674
759726

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg