Sosial qayğıya xüsusi ehtiyacı olan ahıl sakinlər üçün təbiət gəzintisi və Ahıllar Evi ilə tanışlıq təşkil olunub

Muxtar respublikamızın ahıl sakinlərinə xüsusi diqqət göstərilir, onların sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Xüsusən, sosial qayğıya ehiyacı olan ahıl vətəndaşların sağlamlıqlarının qorunması, məişət məsələlərinin həlli, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ahıllar Evi”nin sakinləri və sosial xidmətə cəlb edilmiş tənha ahıllar mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bununla yanaşı, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, sosial könüllülərin iştirakı ilə onların yaşayış yerlərində iməciliklərin keçirilməsi ahıllara göstərilən dövlət qayğısının növbəti nümunəsidir.
Bu tədbirlərin davamı olaraq, avqustun 19-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə bir qrup sosial qayğıya xüsusi ehtiyacı olan ahıl sakinlərin iştirakı ilə təbiət gəzintisi təşkil edilib, burada onlar üçün çay süfrəsi açılıb. Daha sonra ahıl sakinlər Şahbuz şəhərində yerləşən “Ahıllar Evi”ndə olub, burada yaradılan şərait və göstərilən xidmətlərlə tanış olublar. Məlumat verilib ki, Ahıllar Evində sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Həmçinin, burada istirahət, idman və əmək terapiyası otaqları, kitabxana da fəaliyyət göstərir.
Qeyd edək ki, görüş nahar süfrəsi ətrafında davam etdirilib.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.

756116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
318
574
8183
4064
756116

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg