Regional Peşə Tədris Mərkəzində 14 nəfər müdavimin iştirakı ilə “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” peşəsi üzrə ixtisasartırma kursuna başlanılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində 14 nəfər müdavimin iştirakı ilə “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” peşəsi üzrə ixtisasartırma kursuna başlanılıb. İxtisasartırma kursunun tədris müddəti bir aydır.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində 20 nəfər müdavimin və Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində isə 12 nəfər məhkumun iştirakı ilə “Qazanxana-maşinisti” peşə hazırlığı kursuna başlanılıb.

752387
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
335
3374
4454
335
752387

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg