Naxçıvanda məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış keçirilir

Naxçıvan Muxtar Respublikasında istedadlı qadınların və fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması diqqətdə saxlanılır. Məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkil olunması onların sosial təminatı ilə yanaşı, həm də dəyərlərimizin yaşadılmasına xidmət edir. Sentyabrın 28-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı açılıb.
Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgiyə baxıb.
Məlumat verilib ki, sərgi-satışa 442 şəxsin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Bu günədək minə yaxın əl işi satılıb. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb.
Sərgi-satış iştirakçılarından Xuraman Seyidova, Səriyyə Seyidova, Sədəf Xudiyeva və Xuraman Səfərova sərgi-satışlarda əl işlərinin rahat satışını həyata keçirdiklərini bildirib, yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgi-satış iştirakçılarına təşəkkürünü bildirib, məhdud fiziki imkanlı şəxslər və qadınlar tərəfindən milli dəyərlərimizin tərkib hissəsi kimi formalaşan sənətkarlıq sahələrinin yaşadılmasının məmnunluq doğurduğunu qeyd edib.
Sərgi-satış oktyabrın 8-dək davam edəcəkdir.

747953
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
20
520
8343
26727
747953

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg