Ahıllar Evində tədbir keçirilib

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vüsal Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Könül Babayeva çıxış edərək bildiriblər ki, muxtar respublikamızda ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur və bu qayğı ildən-ilə artmaqdadır. Qeyd olunub ki, muxtar respublikamızın ahıl sakinlərinə müxtəlif növ sosial xidmətlərin göstərilməsi, onların maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Ahıl insanların sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da diqqət mərkəzində saxlanılır, onlar həkim müayinəsindən keçirilir, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyari xidmətlər göstərilir. Bununla yanaşı, asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra tədbirlər o cümlədən, yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər keçirilir, muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilər təşkil olunur.
Qeyd edək ki, sosial könüllülərin də iştirak etdiyi tədbirdə ahıllara hədiyyələr təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

747940
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
520
8330
26714
747940

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg