Sədərək rayonunda əmək yarmarkası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti rübün ilk əmək yarmarkası Sədərək rayonunda təşkil olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, əmək yarmarkaları işaxtaran vətəndaşların işlə təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən aktiv məşğulluq tədbirlərindən hesab olunur. Yarmarkaların keçirilməsində əsas məqsəd, işəgötürənlərin qısa vaxt ərzində müvafiq tələblərə cavab verə bilən kadr seçiminə, işaxtaran vətəndaşların isə işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Bildirilib ki, əmək yarmarkalarında müəssisələrdə olan vakant iş yerləri işaxtaran vətəndaşlara təklif olunur və onlara seçdikləri iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar. Həmçinin, bu tədbirlərdə vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün də qeydiyyatı aparılır.
Qeyd edək ki, əmək yarmarkasında işaxtaranlara ümumilikdə 11 müəssisədən 74 boş iş yeri təqdim edilib. Nəticədə, 12 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin özünüməşğulluq proqramına, 2 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası oktyabr ayının 6-da Kəngərli rayonunda təşkil ediləcəkdir.

757412
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
968
646
1614
5360
757412

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg