Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada aktiv məşğulluq tədbirlərinin icrası davam etdirilir. Bu baxımdan, Özünüməşğulluq proqramının icrasına xüsusi önəm verilir,
bu sahədə yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair bağlanmış Memoranduma əsasən, sentyabr ayı ərzində 16 sosial qayğıya ehtiyacı olan ailənin hər birinə 2 baş iribuynuzlu, 8 ailənin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 8 ailəyə mini yerşumlayan aqreqat, 2 ailəyə su motoru, 2 ailəyə dərzi avadanlıqları və ləvazimatları, 1 ailəyə bərbər avadanlıqları və ləvazimatları, 1 ailəyə dekorativ əl işlərinin hazırlanması üçün ləvazimatlar, 1 ailəyə isə spirtli içkilərin istehsalı avadanlıqları verilib. Ümumilikdə, 190 nəfər üzvü olan 39 ailənin özünü¬məşğulluğu təmin olunub, həmçinin təssərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər otdoğrayan aqreqatla təmin edilib.
Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 25 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 5 nəfərini müharibə veteranı, 2 nəfərini şəhid ailəsi üzvü, 2 nəfərini cəzaçəkmədən azad olunan, 2 nəfərini ailə başçısını itirən, 2 nəfərini nikahı pozulan, digərlərini isə xüsusi qayğıya ehtiyacı olan şəxslər təşkil edib.
Proqramın icrasında bir sıra kommersiya təşkilatları və sahibkarlıq subyektlərinin sosial tərəfdaş qismində iştirakı da davam etdirilir. Bu məqsədlə, sosial qayğıya ehtiyacı olan 13 ailə Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanmış Memorandum çərçivəsində müvafiq aktivlərlə təmin olunub. Bu ailələrin üzvlərindən 1 nəfərə plastik qapı və pəncərə istehsalı üçün avadanlıqlar, 1 nəfərə motosiklet və tam üz dəbilqə, 2 nəfərə kiçik dəmirçi sexi üzrə avadanlıqlar, 1 nəfərə mini yerşumlayan və otbiçən aqreqat, 1 nəfərə istixana üçün ləvazimatlar, 1 nəfərə musiqi alətləri, 1 nəfərə dülgər avadanlıqları, 1 nəfərə zərgər avadanlıqları, 1 nəfərə inkubator aparatı, 1 nəfərə dərzi avadanlıqları və ləvazimatları, 2 nəfərə isə heyvandarlıq sahəsi üzrə canlı aktivlər verilib.
Aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir qeyd edib ki, bugünədək 5658 nəfər ailə üzvü olan 1215 ailənin özünüməşğulluğu təmin edilib, 673 ailəyə verilən aktivlər müqavilədə göstərilən müddət bitdiyi üçün akt əsasında onların mülkiyyətinə keçirilib. Həmçinin, son dövrlərdə bu prosesə muxtar respublikada fəaliyyət göstərən digər sahibkarlıq subyektləri və “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC də qoşulub. Əlavə edilib ki, verilmiş aktivlərdən təyinatına uyğun istifadə və digər zəruri işlərlə bağlı proqrama cəlb edilən sakinlərlə maarifləndirici görüşlər təşkil olunub. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Sədri Anar İbrahimov, muxtar respublikada həyata keçirilən sosial layihələrin ictimai əhəmiyyətindən danışıb, bu kimi təşəbbüslərin gələcəkdə daha da geniş vüsat almasına əminliyini ifadə edib. A.İbrahimov bildirib ki, sosial sektora yönləndirilən sərmayələr, ölkəmizi insan faktoruna verilən dəyərin təzahürüdür. Cəmiyyətimizin institutları sırasında yer alan həmkarlar ittifaqları da sosial tərəfdaşlığın prinsiplərinə uyğun olaraq, bu siyasətin tərkib hissəsi kimi çıxış etmək üçün səylərini əsirgəmir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasın İdarəsinin sədri Elçin Əliyev qeyd edib ki, həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış müvafiq memerenduma əsasən, muxtar respublikanın bank sektoru da sosial layihələrin reallaşdırılmasında iştirak etmək imkanı əldə edib. E. Əliyev əlavə edib ki, ötən müddət ərzində bu istiqamətdə bir sıra işlər görülüb və bu tədbirlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev isə, ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən və əldə olunan nəticələrdən danışıb.
Daha sonra, yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

753380
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
642
686
5447
1328
753380

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg