Növbəti əmək yarmarkası Ordubad rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası
oktyabr ayının 11-də Ordubad rayonunda təşkil olunub. Tədbirdə çıxış edənlər bildiriblər ki, aktiv məşğulluq tədbirləri çərçivəsində əmək yarmarkaları, işaxtaran vətəndaşların münasib
işlə təmin olunmasında, eyni zamanda işəgötürənlərin qısa vaxt ərzində işçi qüvvəsinə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bildirilib ki, bu tədbirlərdə vətəndaşların ödənişli ictimai iş yerlərinə, özünüməşğulluq proqramına və müvafiq peşə kurslarına cəlb olunması üçün də qeydiyyatı
aparılır ki, bu da əmək yarmarkalarının səmərəliliyinin artırılmasına xidmət
edir.
Qeyd edək ki, bu əmək yarmarkasında ümumilikdə 23 müəssisədən 161 boş iş yeri təqdim edilib. Nəticədə, 16 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkasının oktyabr ayının 13-də Şərur rayonunda təşkil edilməsi nəzərdə tutulub.

754507
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1
920
6574
2455
754507

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg