Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqlarının müdafiəsi diqqət mərkəzindədir

Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə "Cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası" mövzusunda tədbir keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, cəza çəkməkdən azad edilmiş şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elmin Fərəcov mövzu ilə bağlı giriş sözü ilə çıxış edərək cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayevin "Cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası" və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elvin Bağırlının "Cəza çəkməkdən azad edilmiş şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində görülmüş işlər" mövzularında çıxışları dinlənilib.
Çıxışlar zamanı cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası istiqamətində muxtar respublikamızda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, qanunvericiliyin tələbləri izah olunub.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

754007
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
421
848
6074
1955
754007

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg