Şərur rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası oktyabr ayının 13-də Şərur rayonunda keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, əmək yarmarkaları işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlərdən hesab olunur. Əmək yarmarkalarında müəssisələrdə olan vakant yerlər işsiz və işaxtaran vətəndaşlara təklif olunur, müvafiq hallarda iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar. Qeyd olunub ki, bu tədbirlərdə vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün də qeydiyyatı aparılır.
Əmək yarmarkasına ümumilikdə 45 müəssisədən 228 boş iş yeri təqdim edilib. Nəticədə, 36 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 23 nəfərin özünüməşğulluq proqramına və 4 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası oktyabr ayının 17-də Naxçıvan şəhərində keçiriləcəkdir.

748295
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
362
520
8685
27069
748295

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg