Xüsusi qayğıya ehtiyacı olan ailəyə baş çəkilib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2022-ci il 12 oktyabr tarixdə Şərur rayon Çərçiboğan kəndində yaşayan xüsusi qayğıya ehtiyacı olan Süleymanovlar ailəsinə baş çəkilib.
Süleymanovlar ailəsi ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, müvafiq ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün vaxtaşırı görüşlər təşkil edilir, məşğulluq məsələləri həll olunur, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sonra xüsusi qayğıya ehtiyacı olan ailənin problemləri ilə maraqlanılıb, ailənin ehtiyaclarına uyğun köməklik göstərilib.
Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

748393
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
460
520
8783
27167
748393

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg