Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, makroiqtisadi göstəricilərin artımına, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yan­­var tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” isə muxtar respublikada məşğulluq siyasətinin əsaslarını müəyyən etməklə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsində, müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasında və işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun artırılmasında mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə mütəmadi təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə müəssisələrdə sorğular keçirilir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur.
Muxtar respublikada son 10 ildə sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış, sənaye sahəsində 1,6, kənd təsərrüfatında 1,9, əsas kapitala yönəldilən investisiyalarda 1,3, informasiya və rabitə sektorunda 1,5 dəfə artım olmuşdur. Bu dövrdə 33 min 617 yeni iş yeri açılmış, orta aylıq əməkhaqqı 1,6 dəfə artmışdır.
Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Cari ilin 9 ayında 459 sağlamlıq imkanları məhdud şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş və putyovkalar verilmiş, 557 nəfər reabilitasiya vasitələri ilə təmin edilmiş, 12 nəfərin sоsiаl-məişət şərаitinin yахşılаşdırılmаsına köməklik olunmuş, 227 nəfərə isə protez-ortopedik xidmət göstərilmişdir. Ötən dövrdə müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi də diqqətdə saxlanılmışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşan, 1941-1945-ci illər müharibəsi iştirakçıları və onlara bərabər tutulan şəxslərdən 570 nəfəri minik avtomobili ilə, 288 müvafiq kateqoriyadan olan şəxs isə mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur.
Aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilmişdir. Ehtiyac meyarının davamlı olaraq artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayı ilbəil azalmışdır. Buna səbəb muxtar respublikada yaradılan yeni iş yerləri hesabına sosial qayğıya ehtiyacı olan ailələrin əmək qabiliyyətli üzvlərinin fəal əməyə və özünüməşğulluq proqramına cəlb olunmasıdır. Ümumilikdə, muxtar respublikada həyata keçirilən məşğulluq tədbirləri zamanı, işaxtaranların fərdi sahibkarlıq imkanlarının artırılması əsas hədəflərdən biri olmuşdur. Bu mənada, ötən dövrdə özünüməşğulluq proqramının icrasına xüsusi diqqət göstərilmişdir. Proqrama əsasən əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən xüsusi qayğıya ehtiyacı olan vətəndaşların cəlbi həyata keçirilmiş, bu baxımdan sosial ədalət prinsipinin qorunmasına xüsusi önəm verilmişdir. Proqramın icrası həm də sağlamlıq imkanları məhdud şəxslərin məşğulluq imkanlarının artırılmasına və bu kateqoriyadan olan şəxslərin əmək bazarına sərbəst çıxış imkanları qazanmalarına səbəb olmuşdur. Bu günədək, ümumilikdə 5899 nəfər ailə üzvü olan 1269 ailənin özünü­məşğulluğu təmin edilmiş, 673 ailəyə verilən aktivlər müqavilədə göstərilən müddət bitdiyi üçün akt əsasında onların mülkiyyətinə keçirilmişdir. Son dövrlərdə muxtar respublikada fəaliyyət göstərən banklar, sahibkarlıq subyektləri, o cümlədən “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC də bu prosesdə sosial tərəfdaş qismində iştirak etmişdir.
Muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli infrastruktur layihələrinin icrası, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin artması, makroiqtisadi sabitliyin ilbəil qorunub saxlanması bütün sahələrin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.

762029
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
480
862
1342
9977
762029

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg