Babək rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə əmək yarmarkalarının təşkili davam etdirilir. Növbəti belə tədbir Babək rayonunda təşkil olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikada işaxtaranların məşğulluğunun təmin edilməsi üçün əlverişli şərait yaradılıb, bu istiqamətdə keçirilən tədbirlərin səmərəliliyi artırılıb. Dövlət Proqramının icrası çərçivəsində, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, əldə edilən nəticələr əsasında aktiv məşğulluq tədbirləri icra olunub. Qeyd edilib ki, hər rüb təşkil edilən əmək yarmarkaları da bu sahədə ardıcıllığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu əmək yarmarkasında işaxtaranlara ümumilikdə 49 müəssisədən 207 boş iş yeri təqdim edilib. Nəticədə, 35 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 7 nəfərin özünüməşğulluq proqramına, 8 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Əlavə edək ki, növbəti əmək yarmarkası oktyabr ayının 21-də Şahbuz rayonunda təşkil ediləcəkdir.

761823
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
274
862
1136
9771
761823

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg