İş sahələrində əməyin mühafizəsinin təşkilinə dair maarifləndirici seminarlar davam etdirilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrində əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir. Növbəti seminar, oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin nəzdində fəaliyyət göstərən 9

müəssisənin əməyin mühafizəsi üzrə mütəxəssislərinin və sahə rəislərinin iştirakı ilə keçirilib. Seminarda Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən iş sahələrində əməyin mühafizəsinin təşkilinə dair maarifləndirici söhbətlər aparılıb, həmçinin bu mövzuda videoçarx və slaydlar nümayiş olunub. Bununla yanaşı, seminarda iştirak edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə zamanı zərərçəkənə ilkin tibbi yardım göstərilməsi qaydalarına dair məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda müəssisə nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikirlər dinlənilib.

746104
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
213
1769
6494
24878
746104

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg