Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında bilik müsabiqəsi təşkil olunub

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Tədbirin keçirilməsində məqsəd milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hislərinin aşınması, gənclərin intellektual inkişafı istiqamətindədir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “18 Oktyabr -Müstəqilliyin Bərpası Günü” münasibəti ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında bilik yarışı keçirilib. Yarışda hər birinin tərkibi 4 nəfərdən ibarət olmaqla “Xarıbülbül”, “Şuşa”, “Zəngəzur” və “Zəfər” komandaları iştirak edib. Tədbirin yekununda “Zəngəzur” I yerə, “Şuşa” II yerə, “Zəfər və Xarıbülbül” komandaları isə III yerə layiq görülmüşdür. Müsabiqə iştirakçıları diplomlarla təltif olunub, onlara oxunması zəruri olan kitablar hədiyyə edilib.

747990
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
57
520
8380
26764
747990

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg