Şahbuz rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində, növbəti əmək yarmarkası Şahbuz rayonunda keçirilib.
Əmək yarmarkasına, rayon ərazisində fəaliyyət göstərən 24 müəssisədən 119 boş iş yeri təqdim edilib. Nəticədə, 15 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 3 nəfərin özünüməşğulluq proqramına və 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Əlavə edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabr ayı ərzində keçirilən əmək yarmarkalarında, ümumilikdə işaxtaranlara 258 müəssisədən 1264 boş iş yeri təqdim edilib. Bu tədbirlərdə, 207 nəfər müvafiq vakansiyalar üzrə işə göndərilib, 63 nəfərin özünüməşğulluq proqramına, 39 nəfərin isə peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.

762647
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
524
1960
10595
762647

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg