Naxçıvan Tibb Kollecində istedadlı sağlamlıq imkanları məhdud şəxslərlə görüş təşkil olunub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təhsil müəssisəsində gənclərlə sosial maarifləndirmə işlərinin təşkili istiqamətində tədbirlərin icrası davam etdirilir. Bu məqsədlə növbəti tədbir, istedadlı sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə oktyabr ayının 27-də Naxçıvan Tibb Kollecində baş tutub. İstedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud şəxslər – Nail Hacıyev və Xanım Qurbanovanın kollecdə təhsil alan 100 nəfərədək gənclə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova muxtar respublikada təhsil müəssisələrinin fəaliyyəti üçün yaradılan şəraitdən söz açıb, tələbələrin iştirakı ilə keçirilən sosial tədbirlərin əhəmiyyətini qeyd edib. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə isə sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq əzminin stimullaşdırılması istiqamətində Nazirlik tərəfindən görülən işlərdən danışıb, görüşün məzmununa dair iştirakçılara məlumat verib.
Tədbirin davamında, Nail Hacıyev və Xanım Qurbanova sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətdəki rolu və istedadlarının üzə çıxarılmasına dair çıxışlar edib, uğur hekayələrinə dair təcrübələrini gənclərlə bölüşüblər. Motivasiya əhəmiyyətli görüş zamanı slaydlardan istifadə olunub, tələbələrin fərdi inkişaf və müvafiq kateqoriyadan olan şəxslərlə sosial münasibətlərinə dair sualları cavablandırılıb.

762032
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
483
862
1345
9980
762032

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg